türkiyə-iran sərhədindəki 3 gömrük-keçid məntəqəsində gündəlik sərnişin daşımaları qarşılıqlı olaraq dayandırılıb.
“arhd.media” türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ticarət naziri ömər bolat açıqlama verib.
“türkiyə-iran sərhədində yerləşən ağrı-gürbulak, van-kapıköy və hakkari-esendere gömrük-keçid məntəqələrində fövqəladə vəziyyətdən söhbət gedə bilməz. iran öz vətəndaşlarının türkiyə üzərindən ölkə ərazisinə daxil olmasına icazə verir. türkiyə olaraq biz də vətəndaşlarımızın və üçüncü ölkə vətəndaşlarının irandan ölkəmizə daxil olmasına icazə veririk”, - ö.bolat deyib.
bununla belə, nazir hər üç gömrük keçid məntəqəsi vasitəsilə kommersiya yüklərinin keçidinin nəzarətli şəkildə davam etdiyini qeyd edib.























