iran abş-nin iraqın paytaxtı bağdadda yerləşən “victoria” hərbi bazasını hədəf alıb.
“arhd.media” xəbər verir ki, bununla bağlı xarici kiv məlumat yayıb.
bildirilib ki, iki pilotsuz uçuş aparatı bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşən “victoria” bazasını vurub.
qeyd olunub ki, dronlardan biri bazanın ərazisinə düşüb, digəri isə müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
əsas hədəf “victoria” bazasının daxilində yerləşən logistika dəstək mərkəzi olub.






















