israil irana qabaqlayıcı zərbə endirib.
“arhd.media” xəbər verir ki, bu barədə məlumatı israilin xarici işlər nazirliyi açıqlayıb.
bildirilib ki, müdafiə nazirliyi bütün ölkə boyu fövqəladə vəziyyət rejimi elan edib.
“israil dövləti ölkəyə qarşı təhlükəni aradan qaldırmaq məqsədilə irana qarşı preventiv zərbə endirib. müdafiə naziri israel kats xüsusi fərman imzalayıb və həmin fərmana əsasən israil dövlətinin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunur”, - məlumatda vurğulanıb.
***
“new york times” rəsmi mənbələrə istinadən irana hücumda abş-nin də iştirak etdiyini yazıb.
***
“fars” agentliyinin məlumatına görə, tehranla yanaşı, isfahan, qum, kərəc və kirmanşahda da partlayış səsləri eşidilib.























