pakistanın informasiya naziri attaulla tarar sosial şəbəkə hesabında “qəzb-ül-haq” əməliyyatı ilə bağlı yenilənmiş məlumatları paylaşıb.
“arhd.media” xəbər verir ki, nazirin açıqlamasına görə, əfqanıstan ərazisində “taliban” qüvvələrinə qarşı aparılan əməliyyatlar çərçivəsində 297 nəfər öldürülüb, 450-dən çox şəxs yaralanıb.
bildirilib ki, 89 nəzarət-buraxılış məntəqəsi məhv edilib, 18 post ələ keçirilib, 135 tank və silahlı texnika sıradan çıxarılıb.
eyni zamanda, əfqanıstan üzrə 29 müxtəlif məntəqəyə hava zərbələri endirildiyi qeyd olunub.
***
attaulla tararın sözlərinə görə, əməliyyat zamanı zərərsizləşdirilən əfqanıstanlı hərbçilərin sayı 331-ə çatıb. 500-dən çox hərbçi isə yaralanıb.
o, həmçinin vurğulayıb ki, əfqanıstan ərazisində 37 obyektə zərbə endirilib.






















