rəsmi tehran abş prezidenti donald trampın iranın raketləri və nüvə proqramı ilə bağlı iddialarına cavab verib.


“arhd.media” xəbər verir ki, bu barədə iran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi ismayıl bəqai “x” sosial şəbəkəsindəki hesabında paylaşım edib. 


o, abş hakimiyyətinin iranla bağlı bəyanatlarını yalan adlandırıb: “peşəkar yalançılar “həqiqət illüziyası” yaratmaqda mahirdirlər. “yalanı tez-tez təkrar edəndə həqiqət olur” - bu, nasist yozef gebbelsin irəli sürdüyü təbliğat qanunudur. onların iranın nüvə proqramı və ballistik raketləri, eləcə də yanvar iğtişaşları zamanı ölənlərin sayı ilə bağlı iddia etdikləri hər şey sadəcə “böyük yalanların” təkrarıdır. bu yalanlar heç kimi aldatmamalıdır”. 


xatırladaq ki, daha əvvəl donald tramp konqres qarşısında çıxışı zamanı iranın abş-ni vura biləcək raketlər üzərində işlədiyini bəyan etmişdi. 

Baxış sayı: 2 672

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə