iran hökuməti etiraz aksiyalarında həlak olan 3117 nəfərin siyahısını açıqlayıb.
“arhd.media” xəbər verir ki, bu barədə iranın xarici işlər naziri abbas əraqçi “x” hesabında paylaşım edib.
o qeyd edib ki, hökumət şəffaflıq vədlərinə sadiq qalaraq, 3117 qurbanın tam siyahısını dərc edib.
nazirin sözlərinə görə, siyahıya təxminən 200 zabit də daxildir.
abbas əraqçi əlavə edib ki, təqdim olunan məlumatların düzgünlüyünə dair hər hansı şübhə varsa, bununla bağlı sübutların paylaşılmasını xahiş edirlər.
qeyd edək ki, bundan əvvəl iran hakimiyyəti rəsmi olaraq iğtişaşlar nəticəsində 3117 nəfərin öldüyünü bildirib. dərc olunmuş siyahıda isə 131 nəfərin adı olmayıb. iran nazirlər kabineti bunu həmin insanların şəxsiyyətinin hələ müəyyən edilməməsi ilə izah edib.
xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında ölkənin milli valyutası olan iran rialının devalvasiyası ilə kütləvi etiraz aksiyaları başlamışdı.























