israildə iran kəşfiyyatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən şəxs həbs olunub.
“arhd.media” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı israil polisi yayıb.
“iran kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən israil vətəndaşı yüksəkvəzifəli israilli şəxs haqqında kəşfiyyat məlumatları topladığına görə həbs edilib. polis və ümumi təhlükəsizlik xidmətinin birgə əməliyyatı çərçivəsində son həftələrdə fares əbu əl-hica adlı həmin ölkə vətəndaşı həbs edilərək dindirilib. dindirilmə zamanı məlum olub ki, şübhəli şəxs xarici agentlə əlaqə saxlayıb, onun iran kəşfiyyatı ilə bağlı olduğunu güman edib və müxtəlif tapşırıqların yerinə yetirilməsinə görə ondan pul alıb, o cümlədən israil dövlətinin təhlükəsizliyinə zərər vurmaq məqsədilə kəşfiyyat məlumatları toplayıb. xarici agentin iran kəşfiyyatına aid olduğu müəyyən edilib”, - bəyanatda deyilir.
şübhəli şəxsin yüksəkvəzifəli şəxsə qarşı kəşfiyyat missiyası yerinə yetirərkən saxlanıldığı bildirilir. istintaqın nəticələrinə əsasən, fevralın 16-da həmin şəxsə qarşı ittiham irəli sürülüb.























