“vaşinqton sanksiyaların ləğvini müzakirə etməyə razılaşarsa, iran abş ilə nüvə sazişi üzrə kompromisə gedə bilər”.
“arhd.media” bbc-yə istinadən xəbər verir ki, bu bəyanatla iranın xarici işlər nazirinin müavini məcid taxt-rəvançi çıxış edib.
“əgər onlar sanksiyalar barədə danışmağa hazırdırlarsa, biz də proqramımızla bağlı bu və digər məsələləri müzakirə etməyə hazırıq”, - diplomat deyib.
taxt-rəvançi qeyd edib ki, indi top amerika tərəfindədir və onlar həqiqətən saziş bağlamaq istəklərini sübut etməlidirlər.
israilin baş naziri binyamin netanyahu isə iranla istənilən potensial sazişin təkcə israil və abş-nin deyil, eləcə də bütün dünyanın təhlükəsizliyini təmin edən sərt tələblərə cavab verməli olduğunu deyib.
“əgər biz razılığa nail olmaq istəyiriksə, o, bir sıra əsas elementləri əhatə etməlidir. fikrimizcə, bu elementlər təkcə israilin deyil, həm də abş-nin, regionun və bütün dünyanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir”, - israilin baş naziri bildirib.
netanyahunun irəli sürdüyü şərtlərə görə, iran bütün uranı ölkədən çıxarmalı, uranın zənginləşdirilməsi üzrə bütün avadanlıq və infrastrukturu ləğv etməli, raket texnologiyalarına nəzarət rejiminin 300 km-lə məhdudlaşdırılmasına razılıq verməli və “terror oxu”nu aradan qaldırmalıdır.























