iran rəhbərliyi ölkədə baş verən etirazlar çərçivəsində saxlanılan parlamentin keçmiş üzvü ibrahim əsgərzadəni və islahatçılar cəbhəsinin adı açıqlanmayan nümayəndəsini sərbəst buraxıb.
“arhd.media” xəbər verir ki, bu barədə məlumatı “isna” agentliyinə onların vəkili hocat kermani açıqlayıb.
onun sözlərinə görə, onlar girov müqabilində azad olunublar.
qeyd edək ki, ibrahim əsgərzadə 1988-ci ildən 1992-ci ilə qədər iran parlamentinin, 1999-2003-cü illərdə isə tehranın şəhər şurasının üzvü olub. beynəlxalq təşkilatların məlumatına görə, 2025-ci il dekabrın sonunda iranda başlayan və yanvarın sonuna qədər davam edən aksiyalarda 40 minə yaxın şəxs saxlanılıb. onlardan bəzilərinə qarşı iğtişaşların təşkilində və terrorizmdə iştirakla bağlı ittihamlar irəli sürülüb.























