türkiyə nazirlər kabinetinin bu gün prezident rəcəb tayyib ərdoğanın rəhbərliyi altında keçiriləcək iclasında abş-nin irana mümkün zərbələri ilə bağlı vəziyyət müzakirə olunacaq.


“arhd.media” xəbər verir ki, bu barədə “ria novosti” türkiyədəki diplomatik mənbəyə istinadən məlumat yayıb.


“nazirlər kabinetinin iclasında abş-nin irana zərbə endirmək təhlükəsi, həmçinin regionda cərəyan edən son hadisələr müzakirə ediləcək. iclas zamanı hərbi müdaxiləyə qarşı çıxan, diplomatiya və dialoqu dəstəkləyən türkiyənin mövqeyi bir daha vurğulanacaq”, - agentliyin həmsöhbəti bildirib.


onun sözlərinə görə, bu kontekstdə nazirlər iranın xarici işlər naziri abbas araqçının ötən həftəsonu istanbula səfərinin, onun türkiyənin xarici işlər naziri hakan fidan və türkiyə prezidenti ilə görüşünün, həmçinin ərdoğanın abş və iran prezidentləri ilə telefon danışıqlarının nəticələrini nəzərdən keçirəcəklər.


xatırladaq ki, daha əvvəl mətbuatda türkiyə, misir və qətərin gələn həftə ankarada abş prezidentinin xüsusi nümayəndəsi stiv uitkoff ilə iranın yüksəksəviyyəli nümayəndələri arasında görüşün təşkili üzərində işlədikləri barədə xəbər yayılmışdı.

Baxış sayı: 2 251

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə