rusiya ordusunun suriyadakı mövcudluğu mövzusu rusiya prezidenti vladimir putin və suriyanın keçid hökumətinin rəhbəri əhməd əş-şaraa arasında bu gün keçiriləcək danışıqlarda qaldırılacaq.
arhd.media tass-a istinadən xəbər verir ki, bunu rusiya prezidentinin mətbuat katibi dmitri peskov jurnalistlərlə söhbətində bildirib.
"şübhəsiz ki, suriyada hərbçilərimizin mövcudluğu ilə bağlı bütün məsələlər bugünkü danışıqlar zamanı müzakirə olunacaq", - deyə kreml rəsmisi bildirib.
qeyd edək ki, suriya lideri rusiyada səfərdədir.























