abş-nin tələbi ilə bmt təhlükəsizlik şurasında (tş) irandakı vəziyyətlə bağlı iclas keçiriləcək.


“arhd.media” “reuters”ə istinadən xəbər verir ki, tş-yə sədrlik edən somali missiyası məlumatı təsdiqləyib. 


iclasın bu gecə bakı vaxtı ilə saat 00:00-da keçiriləcəyi bildirilir. 


xatırladaq ki, iranda dekabrın sonundan başlayan etiraz aksiyaları davam edir. iran insan haqları fəalları xəbər agentliyi (hrana) aksiyalar zamanı ölənlərin sayının 2615-ə yüksəldiyini, daha 2054 nəfərin yaralandığını açıqlayıb. 18470 nəfərin isə saxlanıldığı qeyd olunub.


***


iranda davam edən etiraz aksiyaları ilə əlaqədar bmt təhlükəsizlik şurasının fövqəladə iclası keçirilib. görüş abş-nin təşəbbüsü ilə baş tutub.


iclas zamanı abş-nin bmt-dəki səfiri mayk uolts çıxış edərək bildirib ki, vaşinqton iran xalqına dəstək verir. onun sözlərinə görə, prezident donald tramp zorakılığın qarşısının alınması üçün bütün mümkün seçimlərin nəzərdən keçirildiyini açıq şəkildə bəyan edib.


bmt nümayəndələri isə irana qarşı mümkün hərbi müdaxilənin artıq gərgin olan vəziyyəti daha da qeyri-sabitləşdirə biləcəyi barədə xəbərdarlıq ediblər.


təhlükəsizlik şurasındakı müzakirələrdə çıxış edən bmt baş katibinin köməkçisi marta pobi qeyd edib ki, baş katib mövcud həssas şəraitdə bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırır və daha çox insan itkisinə və ya regionda genişmiqyaslı eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayır.

Baxış sayı: 2 892

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə