son 48 saat ərzində irandan dubaya təxminən 1,5 milyard abş dolları köçürülüb.
“arhd.media” xəbər verir ki, bu barədə məlumatı israilin “14-cü kanal”ı islam inqilabı keşikçilər korpusu ilə əlaqəli şəxsə istinadən yayıb.
köçürmələrin bank sistemi vasitəsilə deyil, kriptovalyutalar yolu ilə həyata keçirildiyi bildirilir.
vəsaitlərin köçürülməsində iştirak edənlər arasında iranın ali lideri əli xameneinin oğlu müctəba xameneinin də olduğu iddia edilir. məlumata görə, m.xamenei təxminən 328 milyon abş dolları məbləğində vəsaiti dubayda eyni ünvana köçürüb.
bu prosesin aşağıdakı mexanizm üzrə həyata keçirildiyi bildirilir: iranın neft ixracından əldə olunan vəsait yerli banklarda saxlanılmır, əvəzində birbaşa rəqəmsal valyutaya çevrilir. daha sonra kriptovalyuta dubaydakı mübadilə məntəqələrinə ötürülür. burada isə rəqəmsal valyuta qısa müddətdə nağd pula çevrilir, xarici hesablara köçürülür və ya saxta şirkətlər vasitəsilə böyük məbləğlər şəklində ödənilir.
qeyd edək ki, iranda yerli valyutanın xarici valyutalara qarşı kəskin dəyər itirməsi və dərinləşən iqtisadi problemlər səbəbindən etirazlar 28 dekabr 2025-ci ildə tehranın böyük bazarında başlayıb və qısa müddətdə ölkənin bir çox şəhərlərinə yayılıb.
iran insan hüquqları fəalları xəbər agentliyi (hrana) son hesabatında etirazlar zamanı 147-si təhlükəsizlik əməkdaşı olmaqla, ümumilikdə 2 550 nəfərin həyatını itirdiyini açıqlayıb.





















