“iran ukraynadakı müharibə çərçivəsində rusiyanı təqribən 2,7 milyard dollar dəyərində ballistik və zenit raketlərlə təmin edib”.
arhd.media xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “bloomberg” agentliyi yayıb.
bildirilib ki, iranın 2021-ci ilin sonundan rusiyaya etdiyi hərbi yardımın ümumi dəyəri 4 milyard dollardan çox olaraq qiymətləndirilir.
mənbələrin sözlərinə görə, moskva və tehran arasında əməkdaşlıq hələ ukraynadakı müharibədən əvvəl başlayıb: “belə ki, irandan rusiyaya raket tədarükü ilə bağlı ilk müqavilələr 2021-ci ilin oktyabrında bağlanıb”.
qeyd olunub ki, bu rəqəmlər hələ yekun göstərici deyil, çünki irandan rusiyaya növbəti silah-sursat partiyasının göndərilməsi gözlənilir.
onu da xatırladaq ki, rusiya və iran 2025-ci ilin yanvarında strateji tərəfdaşlıq barədə müqavilə imzalasalar da, bu sənəddə qarşılıqlı müdafiə üzrə öhdəlik yer almayıb.























