iranın mühacirətdə olan vəliəhdi rza pəhləvi yenidən xalqa çağırış edib.
arhd.media xəbər verir ki, pəhləvi müraciətində iran küçələrinə çıxanların hakimiyyəti zəiflətdiyini dilə gətirib.
“mənə etibarlı məlumatlar çatıb ki, islam respublikası küçələrdəki milyonlarla insanla qarşılaşmaq üçün ciddi muzdlu əsgər çatışmazlığı ilə üzləşir. indiyə qədər bir çox təhlükəsizlik qüvvələri iş yerlərini tərk edib və ya xalqı yatırmaq üçün əmrlərə tabe olmayıb.
xameneiyə qalan isə cinayətkar liderləri kimi irandan kənar və iran əleyhinə olan və sizi - böyük iran millətini - öz düşmənləri hesab edən zorakı muzdluların azlığıdır. bilin ki, onlar hərəkətlərinin nəticələri ilə üzləşəcəklər”, - o bildirib.
vəliəhd bu gün saat 18:00-da xalqı yenidən küçələrə səsləyib:
“hamınızdan dostlarınız və ailə üzvlərinizlə birlikdə şəhərlərin əsas küçələrinə qruplar şəklində getməyinizi xahiş edirəm; yol boyu bir-birinizdən və ya insanların izdihamından ayrılmayın. həyatınızı təhlükəyə ata biləcək yan küçələrə çıxmayın.
bilirsiniz ki, tək deyilsiniz. dünyanın hər yerindəki həmvətənləriniz qürurla səsinizi ucaldırlar. bu gün dünya sizin milli inqilabınızın yanındadır və cəsarətinizə heyranlıqla yanaşır.
xüsusilə azad dünyanın lideri olaraq prezident tramp sizin təsvirolunmaz cəsarətinizi yaxından müşahidə edib və sizə kömək etməyə hazır olduğunu bəyan edib.
küçələri tərk etməyin. ürəyim sizinlədir. bilirəm ki, tezliklə sizin yanınızda olacağam”.
qeyd edək ki, iranda hökumət əleyhinə etirazlar 14 gündür davam edir və nümayişlər ölkənin bir çox şəhərinə yayılıb. baş verən hadisələr nəticəsində həyatını itirənlərin sayı 116-ya çatıb.























