“norveçin danimarka ilə birləşmək vaxtı gəlib çatıb”.
arhd.media nrk telekanalına istinadən xəbər verir ki, bu fikri norveçin baş naziri yonas qar störe abş-nin qrenlandiyaya iddiaları fonunda səsləndirib.
“indi danimarka ilə birləşmək vaxtıdır... mette frederiksenin (danimarkanın baş naziri - red.) mənə dediyi son söz bu oldu: “indi hər şey ciddidir, yonas”, - störe deyib.
qeyd edək ki, qrenlandiya danimarka krallığına daxil olan muxtar ərazidir. ağ ev rəhbəri donald tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə qrenlandiyanın abş-yə qatılmalı olduğunu bildirib. danimarka tərəfi isə bu iddiaları rədd edib və adanın müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıb.























