“irana qarşı təcavüz olarsa, cavab tədbirləri görüləcək”.


arhd.media  xarici mətbuata istinadən xəbər verir ki, bunu iranın ali rəhbəri seyid əli xameneinin müşaviri əli şamxani abş prezidenti donald trampın son təhdidlərinə cavab olaraq bəyan edib. 


şamxaninin sözlərinə görə, iran öz raket və müdafiə potensialını kiminsə nəzarəti, icazəsi ilə qurmur. 


“istənilən təcavüzə dərhal və gözlənilməz dərəcədə sərt cavab veriləcək”, - iranlı siyasətçi bildirib. 


xameneinin müşaviri həmçinin iranın müdafiə doktrinasına uyğun olaraq, cavab tədbirlərinin təhdidlər reallaşmazdan əvvəl hazırlandığını qeyd edib. 


xatırladaq ki, ötən gecə abş prezidenti donald tramp israilin baş naziri benyamin netanyahu ilə görüşü zamanı iranın ballistik raket proqramını bərpa etməyə cəhd göstərəcəyi halda, yeni hərbi zərbənin mümkün olduğunu bildirib.

Baxış sayı: 2 889

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə