ötən il türkiyədə 842 terrorçu zərərsizləşdirilib

ankara, 10 fevral, arhd.media

ötən il türkiyədə 842 terrorçu zərərsizləşdirilib


2024-cü ildə türkiyə hüquq-mühafizə orqanları 49 min 902 əməliyyat keçirib. nəticədə terrorçu qruplaşmaların 842 üzvü zərərsizləşdirilib.

arhd.media xəbər verir ki, bunu türkiyənin daxili işlər naziri ali yerlikaya fevralın 10-da cənub-şərq əyaləti olan şırnaka səfəri zamanı söyləyib. o xatırladıb ki, türkiyədə terrorizmlə mübarizə 40 ildən çox müddətdə davam edir.

“terror təhlükəsi minimuma endirilir. türkiyə bu təhlükənin ölkə gündəmindən tam yığışdırılmasına addım-addım nail olur”, - deyə a.yerlikaya qeyd edib. o bildirib ki, milli müdafiə və milli kəşfiyyat nazirliyi bu işə fəal töhfələrini verirlər.

nazir şırnakdakı qabar dağı ərazisinə də diqqət çəkib: “bu ərazidə əvvəlki illərdə terrorizmlə fəal mübarizə aparılıb. bu gün ölkənin ən böyük “qara qızıl” yatağından neft hasilatı davam edir.

Baxış sayı: 2 308

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə