“rusiya aktivlərinin soyğunçuluğa məruz qalmasının fəsadları ağır olacaq və avrozonaya zərbə vuracaq”.
arhd.media xəbər verir ki, bu barədə rusiya prezidenti vladimir putin ənənəvi illik mətbuat konfransında danışıb.
“oğurluq - uyğun ifadə deyil. oğurluq - əmlakın gizli şəkildə mənimsənilməsidir, bizdən isə bunu açıq şəkildə etməyə çalışırlar - bunun adı soyğunçuluqdur. bunu etmək elə də asan deyil. onlar bizim aktivlərimizdən girov kimi istifadə edərək kredit vermək istəyirlər”, - o deyib.
putinin sözlərinə görə, bu, təkcə avrozonanın imicə zərbə vurmayacaq, həm də onlara olan etimadı sarsıdacaq.























