ukrayna silahlı qüvvələri rusiyanın xəzər dənizində hərbi texnika və silah daşıyan iki gəmisinə zərbə endirib.
arhd.media unian-a istinadən xəbər verir ki, hücuma məruz qalmış gəmilər “bəstəkar raxmaninov” və “askar-sarıca” gəmiləridir.
hərbi məqsədlər üçün istifadə olunan bu gəmilərin rusiya ilə iran arasında hərbi yüklərin daşınmasında iştirakına görə abş-nin sanksiyalar siyahısına daxil edildiyi bildirilir.
xatırladaq ki, ötən gün ukrayna ilk dəfə rusiyanın xəzər dənizindəki neft infrastrukturuna zərbə endirib. filanovski adına neft hasilat platformasına dronlarla hücum nəticəsində 20-dən çox quyuda neft və qaz hasilatının dayandığı bildirilib.























