ukrayna prezidenti volodimir zelenski ilə roma papası xiv leo arasında görüş keçirilib.
arhd.media unian-a istinadən xəbər verir ki, görüş pontifikin italiyanın kastel-qandolfo şəhərində yerləşən iqamətgahında baş tutub və təxminən 30 dəqiqə davam edib.
tərəflər arasında danışıqlar rusiya-ukrayna müharibəsinə və onun başa çatdırılması yollarının axtarışına həsr olunub.
roma papası hərbi əsirlərin azad edilməsi, həmçinin deportasiya edilmiş ukraynalı uşaqların öz ailələrinə qaytarılmasının təmin edilməsi zərurətinə diqqət çəkib.






















