yaponiya çinə etiraz edib.
arhd.media xəbər verir ki, bu haqda yaponiya müdafiə naziri şinjiro koizumi bildirib.
buna səbəb çinin j-15 qırıcılarının iki dəfə radarlarını okinava adası yaxınlığında beynəlxalq sularda uçan yapon f-15 qırıcılarına yönəltməsi olub.
“bu təhlükəli bir hərəkət idi və mən buna görə çox təəssüflənirəm. biz çin tərəfinə kəskin etirazımızı bildirdik və bunun gələcəkdə baş verməməsini tələb etdik”, - nazir bildirib.






















