kanada hökuməti suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından çıxarıb.
arhd.media rusiya saytlarına istinadən xəbər verir ki, məlumatı kanada xarici işlər nazirliyi yayıb.
bundan başqa, kanada "həyat təhrir əş-şam"ı da daha terror təşkilatı hesab etmir.
"kanada hökuməti ciddi araşdırmalardan sonra suriyanı terrorizmi dəstəkləyən əcnəbi ölkələr, "həyat təhrir əş-şam"ı isə terrorçu təşkilatlar siyahısından çıxarıb", - kanada xin-dən bildiriblər.






















