xəzər boru kəməri konsorsiumu dəniz terminalının akvatoriyasında pilotsuz katerlərin hücumu nəticəsində yanalma qurğularından birinin əhəmiyyətli dərəcədə zədələndiyi barədə məlumat yayıb.
arhd.media xəbər verir ki, hadisə noyabrın 29-da saat 04:06-da (bakı vaxtı ilə 05:06-da - red.) baş verib.
şirkətin məlumatına görə, partlayışdan sonra novorossiysk dəniz limanının kapitanı bütün yükləmə əməliyyatlarını dayandırıb və tankerlər akvatoriyadan kənara aparılıb.
işçilər və podratçılar arasında zərərçəkən olmayıb.























