pakistanın həbsdə olan keçmiş baş naziri imran xanın öldürüldüyü iddia edilir.
arhd.media xəbər verir ki, bu barədə “afghanistan times” qəzeti x hesabında məlumat yayıb.
onun müəmmalı şəkildə qətlə yetirildiyi və cəsədinin həbsxanadan çıxarıldığı bildirilir.
qeyd edək ki, 73 yaşlı imran xan 2018-ci ildən 2022-ci ilə qədər pakistanın baş naziri olub. siyasətçi 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.
o, 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.























