
bakıda azərbaycan-abş beyin mərkəzlərinin birinci forumu keçirilir.
arhd.media xəbər verir ki, "ortaq baxışlar: strateji tərəfdaşlıq naminə azərbaycan-abş dialoqu" mövzusuna həsr edilən forumda yerli beyin mərkəzləri ilə yanaşı, abş-nin "atlantic council", "new lines institute", hudzon institutu, mərkəzi asiya-qafqaz institutu kimi beyin mərkəzləri və "the national interest" jurnalının nümayəndələri iştirak edirlər.
tədbir çərçivəsində "vaşinqton sammitinin qiymətləndirilməsi: abş-azərbaycan münasibətlərinə təsirləri", "vaşinqton sammitindən sonra ermənistan-azərbaycan sülh prosesi", "enerji təhlükəsizliyi və bağlantılar" mövzularına həsr edilmiş sessiyaların keçirilməsi nəzərdə tutulur.
























