abş prezidenti donald tramp rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini bildirib.
arhd.media xəbər verir ki, bununla bağlı xarici kiv məlumat yayıb.
“respublikaçılar rusiya ilə biznes aparan istənilən ölkəyə qarşı çox sərt sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim ediblər, oraya iranı da əlavə edə bilərlər”, - abş lideri bildirib.
tramp əlavə edib ki, qanun layihəsinə iranla bağlı məhdudiyyətlərin əlavə edilməsi təklifi ona məxsusdur.























