kolumbiya narkotik ticarəti ilə məşğul olan qruplaşmanın düşərgəsinə aviazərbələr endirib.
arhd.media “agence france-presse” nəşrinə istinadən xəbər verir ki, düşərgə venesuela sərhədi yaxınlığında yerləşib.
zərbələr nəticəsində qruplaşmanın 9 silahlısının öldürüldüyü bildirilir.
məlumata görə, kolumbiyanın arauka departamentində əməliyyat ölkə prezidenti qustavo petronun narkotik maddə ticarətçilərinə qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.























