tbilisi, 9 fevral, arhd.media
şalva papuaşvili: hər bir radikal qht-nin arxasında radikal donor dayanır
“hər bir radikal qeyri-hökumət təşkilatının (qht) arxasında radikal donor dayanır. bunu abş-ın yeni administrasiyası da təsdiqləyib”.
arhd.media xəbər verir ki, bu barədə gürcüstan parlamentinin sədri şalva papuaşvili “transparency international”ın gürcüstan ilə bağlı dərc etdiyi məlumatları şərh edərkən deyib.
“hər radikal qht-nin arxasında bir radikal donor dayanır. abş-ın yeni administrasiyası bu günlərdə məhz bunu açıqlayıb. “transparency international” da usaid və isveç hökuməti tərəfindən maliyyələşdirilir”, – deyə papuaşvili sosial şəbəkə hesabında yazıb.






















