“qəzzada ekoloji vəziyyət fəlakət həddinə çatıb, epidemiya riski isə yüksəkdir”.
arhd.media xəbər verir ki, bu barədə anklavın xan yunis şəhərinin bələdiyyə sədri əlaa-əl batta “əl-cəzirə” telekanalına bildirib.
“biz xəstəliklərin və epidemiyaların yayılmasına səbəb olacaq əsl fəlakətlə üzləşirik”, - kanalın müsahibi vurğulayıb.
onun sözlərinə görə, hərbi əməliyyatlar sektorda çox böyük dağıntılara səbəb olub ki, bu da zibil və tullantıların vaxtında daşınmasını çətinləşdirir:
“vəziyyəti pisləşdirən digər bir amil bombardmanlar nəticəsində sektorun bitki örtüyünün 90%-nin məhv olmasıdır”.
qeyd edək ki, daha əvvəl bmt-nin inkişaf proqramının (undp) qəzza bölməsinin rəhbəri alessandro mrakiç anklavda tonlarla zibilin olduğunu, antisanitar şəraitin isə yerli əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirmişdi.























