türkiyə xarici işlər naziri hakan fidan bildirib ki, ankara rusiya və ukrayna liderlərini istanbulda qəbul etməyə hazırdır.
arhd.media xəbər verir ki, bu barədə türkiyə kiv məlumat yayıb.
nazirin sözlərinə görə, rusiya və ukrayna arasında sabit atəşkəsin əsasının qoyulduğu ilk yer məhz istanbul danışıqları olub.
“həmin görüşlərdə bir çox mühüm məsələlərin həllinə nail olundu. türkiyə bu dialoqu davam etdirməkdə qərarlıdır və hər iki ölkənin liderlərini istanbulda qəbul etməyə hazırdır”, – deyə fidan vurğulayıb.
xatırladaq ki, rusiya və ukrayna nümayəndələri 2022-ci ildən bəri türkiyədə 5 dəfə görüşüblər.





















