“qəzzada əldə olunmuş atəşkəs üçün heç bir təhlükə yoxdur”.
arhd.media “times of israel”ə istinadən xəbər verir ki, bu barədə abş prezidenti donald tramp jurnalistlərə açıqlamasında bildirib.
israilin qəzza zolağına hava zərbələri endirməsi barədə danışan dövlət başçısı bu ölkənin özünə qarşı hücumlara cavab vermək məcburiyyətində olduğunu deyib.
“onlar bir israil əsgərini öldürüblər. israillilər isə cavab verməyə məcbur olublar”, - tramp söyləyib.
xatırladaq ki, ötən gecə israil ordusu həmas-ı abş-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəsi pozmaqda ittiham edərək qəzza zolağına hava zərbələri endirib.























