roma, 8 fevral, arhd.media
italiyanın paytaxtı romada fermerlər traktorlarla etiraz aksiyası keçiriblər.
arhd.media xəbər verir ki, latsio, emiliya-romanya və toskana regionlarından yola çıxan fermerlər 23 traktorla paytaxtın irnerio meydanına toplaşıblar.
aksiya iştirakçıları kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət yönəltmək məqsədilə bu addımı atıblar. kənd təsərrüfatı məhsulları üçün ədalətli qiymətin olmasının zəruriliyi bildirilib.
etirazlara paytaxt sakinləri də qoşulublar.





















