
türkiyənin balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
arhd.media xəbər verir ki, bu haqda afad məlumat yayıb.
məlumata görə, yeraltı təkanlar sındırqı vilayətində qeydə alınıb.
zəlzələ ocağı 5.99 kilometr dərinlikdə yerləşib, yerli vaxtla saat 22:48-də baş verib.
təkanlar bursa, izmir, manisa və istanbulda təşvişə səbəb olub. afad qrupları əraziyə cəlb edilib.
bir çox şəhərlərdə sakinlər evlərini tərk edərək həyətlərə və parklara üz tutublar.
dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
























