abş-nin florida ştatının palm-biç şəhərinin hava limanında prezident donald trampın təyyarəsinin uçuşundan əvvəl təhlükəsizlik tədbirləri gücləndirilib.
arhd.media -ın "fox news" telekanalına istinadən verdiyi məlumata görə, buna səbəb enmə-qalxma zolağının yaxınlığında üzü prezident təyyarəsinin enmə zonasına baxan ovçu müşahidə qülləsinin aşkar edilməsidir.
təhlükəsizlik məqsədilə donald tramp kiçik trapla təyyarəyə qalxıb və hava limanı ərazisində jurnalistlərlə danışmayıb. o, palm-biçdən nyu-yorka yola düşüb.























