şolts: abş tariflər tətbiq edərsə, avropa komissiyası cavab verəcək

bakı, 8 fevral, arhd.media


şolts: abş tariflər tətbiq edərsə, avropa komissiyası cavab verəcək

abş prezidenti donald tramp avropa ittifaqına (ai) qarşı rüsumlar tətbiq etmək qərarına gələrsə, avropa komissiyası bir neçə saat ərzində reaksiya verəcək.

arhd.media xəbər verir ki, bu barədə fevralın 8-də almaniya kansleri olaf şolts bildirib.

“mən qarşıdurmaya deyil, əməkdaşlığa arxalanıram. tariflər heç kimə sərfəli olmadığı üçün əlimizi uzadırıq. əgər abş belə addımlar atsa, avropa komissiyası bir neçə saat ərzində cavab verə biləcək”, - “redaktions netzwerk deutschland” (rnd) media qrupu onun sözlərindən sitat gətirib.

onun sözlərinə görə, qloballaşma sənayesi inkişaf etmiş, ixracyönümlü ölkə kimi almaniya üçün sərfəlidir və bu vəziyyət davam etməlidir. eyni zamanda,  almaniya kansleri 450 milyon əhalisi olan avropa ittifaqının güclü və “fəaliyyətə qadir” olduğuna diqqət çəkib.

Baxış sayı: 3 576

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə