israil həbsxana xidməti qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların qaytarılması ilə bağlı razılaşma çərçivəsində fələstinli məhbusların azad edilməsi prosesinə başlayıb.
arhd.media xəbər verir ki, məhbuslar “ofer” həbsxanasından çıxarılır və avtobuslara yerləşdirilir, onlar azadlıqlarına qovuşacaqları yerlərə çatdırılacaqlar.
qeyd edək ki, bu gün qəzza zolağında saxlanılan 3 israilli girovun qaytarılması müqabilində 183 fələstinli məhbus israil həbsxanalarından azad edilməlidir.























