bakı, 1 oktyabr, arhd.media
litva norveç və isveçdən hava hücumundan müdafiə sistemləri alacaq
litva isveç və norveçdən hava hücumundan müdafiə sistemləri alacaq.
arhd.media tass agentliyinə istinadla xəbər verir ki, bu barədə litvanın müdafiə naziri dovile şakalene məlumat verib.
“isveçdəki hava hücumundan müdafiəmizi gücləndirmək üçün hazırda əlimizdə olan iki batareyaya əlavə olaraq “saab dynamics”dən üçüncü mshorad qısamənzilli hava hücumundan müdafiə batareyasını alacağıq”, - deyə o dördüncü nasams batareyasının norveçdən alınacağını qeyd edib.
bundan əlavə, litva ukrayna istehsalı olan dörd “sky fortress” pua radarı və səs tanıma sistemləri alacaq.
d.şakaliene əlavə edib ki, respublika ukrayna təcrübəsinə əsaslanaraq hava hücumundan müdafiə sistemini inkişaf etdirir.
ötən həftə litva parlamenti orduya hava hədəflərini daha tez və asanlıqla vurmaq səlahiyyəti verib.





















