qahirə, 25 sentyabr, arhd.media
misir nümayəndəsi: israillə olan sülhə təhdid yaranıb
“israilin qəzza və bölgədəki hərbi əməliyyatları misirlə 50 ildən bəri mövcud olan sülhü təhdid edir”.
arhd.media “əş-şarq əl-avsət” qəzetinə istinadla xəbər verir ki, bunu bmt təhlükəsizlik şurasındakı çıxışında misirin nümayəndəsi, səfir osama əbdülxalıq deyib.
o, həmçinin israili hərbi əməliyyatları ilə qəzzada humanitar böhrana səbəb olmaqda ittiham edib.
qeyd edilməlidir ki, misir ilə israil arasında sülh müqaviləsi 1979-cu il martın 26-da misir prezidenti ənvər sadat və israilin baş naziri menahem begin tərəfindən imzalanıb. bu sənəd 1978-ci ildəki “kemp-devid” razılaşmasına əsaslanıb. abş-ın vasitəçiliyi ilə hər iki ölkə arasında müharibə sona çatıb və təhlükəsizlik barədə razılaşma əldə edilib.
misir və israil son günlər qarşılıqlı ittihamlar irəli sürürlər. sentyabrın əvvəlində misir prezidenti əbdülfəttah əl-sisi xəbərdarlıq edərək bildirmişdir ki, israilin son əməliyyatları sülhə təhdiddir.
husilərin atdığı pua israildə 22 nəfəri yaralayıb
yəməndəki husilər tərəfindən buraxılan pilotsuz uçuş aparatının (pua) partlaması nəticəsində israilin eylat şəhərində 22 nəfər yaralanıb.
arhd.media “əş-şarq əl-avsət” qəzetinə istinadla xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.
israil tərəfinin bəyanatına görə, bu, son günlərdə yəməndən həyata keçirilən ikinci pua hücumudur.























