rəcəb tayyib ərdoğan abş prezidenti ilə ağ evdə görüşəcək

vaşinqton, 19 sentyabr, arhd.media




rəcəb tayyib ərdoğan abş prezidenti ilə ağ evdə görüşəcək


türkiyə prezidenti rəcəb tayyib ərdoğan sentyabrın 25-də ağ evdə amerikalı həmkarı donald trampla görüşəcək.

arhd.media-ın məlumatına görə, bu barədə tramp “truth” sosial şəbəkəsində yazıb.

“biz prezidentlə bir çox ticarət və hərbi müqavilə, o cümlədən “boeing” təyyarələrinin çox sayda alınması, böyük f-16 sövdələşməsi və müsbət nəticələnəcəyini gözlədiyimiz f-35 danışıqlarının davamı üzərində işləyirik. prezident ərdoğanla mənim hər zaman çox yaxşı münasibətimiz olub”,- deyə abş prezidenti bildirib.

Baxış sayı: 6 803

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə