bakı, 7 fevral, arhd.media
tramp usaid-in fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib
abş prezidenti donald tramp abş federal beynəlxalq inkişaf agentliyinin (usaid) fəaliyyətini saxtakarlıq və korrupsiya kimi qiymətləndirib.
arhd.media xəbər verir ki, bu barədə amerika lideri ağ evdə yaponiyanın baş naziri siqeru isiba ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“usaid-ə baxanda bunların hamısı fırıldaqdır. həmin təşkilatın pulunun çox az hissəsi yaxşı məqsədlər üçün xərclənib. onun büdcəsinin hər bəndi ya korrupsiya, ya da gülünc bir şeydir", - deyə tramp vurğulayıb.
qeyd edək ki, abş administrasiyası fevralın 3-də usaid-in fəaliyyətini faktiki olaraq dayandırıb.






















