bakı, 9 sentyabr, arhd.media
israil dohada həmas rəhbərliyinin beş üzvünün olduğu binaya zərbə endirib
israil qətərin paytaxtı dohada yerləşən və həmas hərəkatının azı beş yüksəkvəzifəli nümayəndəsinin olduğu binaya zərbə endirib.
arhd.media xəbər verir ki, “al hadath” telekanalının məlumatına görə, zərbə zamanı həmas hərəkatının qəzza sektorundakı lideri və danışıqlar qrupunun rəhbəri xəlil əl-heyya, hərəkatın xarici ofisinin rəhbəri xalid məşəl, siyasi bürosunun üzvü nizar abdullah və iordan çayının qərb sahilində radikal qrupun komandiri zaher cəbarin həlak olub.
zərbə zamanı binada olan həmas hərəkatının rəhbər şəxslərindən biri qazi hamadın aqibətindən isə bir xəbər yoxdur.
qeyd edək ki, qətərin xarici işlər nazirliyi israilin hücumunu qəti şəkildə pisləyib.























