mark rütte nato-nun ankarada keçiriləcək sammitinə hazırlıqla bağlı türkiyəyə minnətdarlıq edib

ankara, 20 avqust, arhd.media




mark rütte nato-nun ankarada keçiriləcək sammitinə hazırlıqla bağlı türkiyəyə minnətdarlıq edib


nato-nun baş katibi mark rütte şimali atlantika alyansının dövlət və hökumət başçılarının ankarada keçiriləcək sammitinə hazırlığa görə türkiyə hakimiyyətinə minnətdarlığını bildirib.

arhd.media xəbər verir ki, m. rütte türkiyəni “nato hərbi-siyasi blokunun ümumi təhlükəsizlik arxitekturasına əvəzsiz töhfə verən güclü müttəfiq” adlandırıb.

o, növbəti nato sammitinin 2026-cı il iyulun 7-8-də ankaradakı prezident kompleksində keçiriləcəyini açıqlayıb. “liderlər alyansı möhkəmləndirmək, onu daha güclü, ədalətli və effektiv platformaya çevirmək üçün səyləri davam etdirmək imkanı əldə edəcəklər”, - deyə baş katib diqqətə çatdırıb.

o, həmçinin əmin olduğunu bildirib ki, müttəfiqlərin səyləri təhlükəsizlik sahəsində ciddi çağırışlara cavab vermək üçün daha hazırlıqlı olmağa imkan verəcək.v

Baxış sayı: 7 673

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə