almaniya prezidenti türkiyəyə səfər edib

berlin, 5 fevral, arhd.media


almaniya prezidenti türkiyəyə səfər edib

almaniyanın federal prezidenti frank-valter ştaynmayer səudiyyə ərəbistanı və iordaniyadan sonra fevralın 5-də ankaraya səfər edib.

arhd.media xəbər verir ki, almaniya prezidenti ankarada türkiyə prezidenti rəcəb tayyib ərdoğan ilə görüşüb.

prezident frank-valter ştaynmayer görüşdən sonra mətbuata bəyanatında yaxın şərqdə və türkiyənin yerləşdiyi bölgədə dinamik proseslərin yaşandığını qeyd edərək bildirib: “almaniya və türkiyə olaraq bu proseslərə fərqli perspektivdən baxırıq, ancaq bir ortaq marağımız var ki, o da bölgədə davamlı sülhün bərqərar olmasıdır. türkiyə bu baxımdan çox mühüm aktordur. prezidentlə bu məsələdə həmfikirik ki, bütün bu gərginliklər qarşısında fürsətləri dəyərləndirməliyik. bölgədə sülh və davamlı inkişaf istəyirik”.

suriyada sabitliyin təmin olunmasının vacibliyinə də toxunan almaniya prezidenti bütün etnik qrupların prosesə cəlb olunmasının əhəmiyyətini qeyd edib, türkiyəyə və digər ölkələrə üz tutmuş suriyalı qaçqınların öz ölkələrinə qayıtmaları üçün bunun əsas olduğunu bildirib.

frank-valter ştaynmayer iki il əvvəl türkiyədə dəhşətli zəlzələnin ildönümünü xatırladaraq bölgədə zəlzələyə davamlı məktəblərin inşası üçün 140 milyon avroluq kreditin ilk mərhələsinin razılaşdırıldığını qeyd edib.

xatırladaq ki, almaniya prezidenti regiona səfərinə fevralın 2-də səudiyyə ərəbistanından başlayıb. frank-valter ştaynmayer səfər çərçivəsində ər-riyadda krallığın nazirlər şurasının sədri, vəliəhd şahzadə məhəmməd bin salman bin əbdüləziz əl səud ilə görüşüb.

prezident frank-valter ştaynmayer səudiyyə ərəbistanından sonra fevralın 4-də iordaniyaya səfər edib, “iraqda işid-ə qarşı mübarizə/potensialın gücləndirilməsi” çərçivəsində buradakı 18-ci almaniya kontingentini ziyarət edib. almaniya prezidentinin iordaniya haşimilər krallığının kralı ii abdullah ibn əl-hüseyn ilə görüşü olub.

Baxış sayı: 3 841

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə