bakı, 15 iyul, arhd.media
media: avropa ittifaqı 160 yük avtomobili ilə qəzzaya yardım çatdıracaq
avropa ittifaqı (ai) humanitar yardım daşıyan azı 160 yük maşınının yaxın vaxtlarda qəzza sektoruna daxil olacağını gözləyir. yardımın bölgəyə səkkiz əlavə keçid məntəqəsi vasitəsilə çatdırılması nəzərdə tutulur.
arhd.media xəbər verir ki, “politico” nəşri bu barədə ai-nin adı açıqlamayan nümayəndəsinə istinadla məlumat yayıb.
bildirilir ki, humanitar yardımın bölgəyə girişinə avropa ittifaqının yaxın şərq üzrə xüsusi nümayəndəsi kristof biqo, bmt nümayəndələri və israil tərəfindən nəzarət ediləcək. ai diplomatları bu prosesə birbaşa beynəlxalq nəzarəti “əsas məqam” kimi dəyərləndirib.
qeyd edək ki, bir müddət öncə “politico” qəzza sektorunda vəziyyətlə bağlı avropa ittifaqının israillə imzalanmış assosiasiya sazişinin müvəqqəti dayandırılması imkanını nəzərdən keçirdiyini yazmışdı. nəşrin məlumatına əsasən, iyulun 15-də ai-yə üzv dövlətlərin xarici işlər nazirləri məsələ ilə bağlı mümkün tədbirləri müzakirə edəcəklər.























