istanbul, 15 iyul, arhd.media
türkiyədə fetö-yə maliyyə dəstəyi verməsi şübhəsi ilə 231 nəfər saxlanılıb
mərkəzi izmir olmaqla türkiyənin 60 vilayətində fetö terror təşkilatının maliyyə mənbələrinə qarşı irimiqyaslı əməliyyat keçirilib. əməliyyat nəticəsində 371 şübhəlidən 231-i saxlanılıb.
arhd.media xəbər verir ki, bununla bağlı izmir respublika baş prokurorluğu ilə şəhərin təhlükəsizlik idarəsi tərəfindən fetö-nün maliyyələşməsinin qarşısının alınması məqsədilə istintaq aparılıb.
bu çərçivədə, ölkə daxilində və xaricdə fetö üzvü olmaq ittihamı ilə haqqında tədbir görülmüş şəxslərə guya ərzaq satışı göstərilərək vəsait toplandığı və bu vəsaitlərin “ərzaq bağlaması” adı altında terror təşkilatı üzvlərinə göndərildiyi müəyyən edilib. istintaq çərçivəsində təşkilatın şimali amerika, balkan və avropa ölkələrində yerləşən qaçaq üzvlərinin də daxil olduğu qeyri-qanuni sistem vasitəsilə təxminən 7,5 milyon lirəlik pul axını ifşa edilib.
baş prokurorluq təşkilata maliyyə dəstəyi vermə iddiası ilə 371 şübhəli barəsində həbs qərarı çıxarıb.
istintaq zamanı 79 şübhəlinin xaricdə olduğu müəyyən edilib. digər 61 nəfərin saxlanılması istiqamətində işlər davam edir.























