pekin, 26 iyun, arhd.media



azərbaycan nümayəndə heyəti çin media qrupunda və çin kommunikasiya universitetində olub


çin xalq respublikasına səfər çərçivəsində azərbaycan nümayəndə heyəti iyunun 26-da çin media qrupunda və çin kommunikasiya universitetində olub.

arhd.media xəbər verir ki, çin media qrupunda keçirilən görüş zamanı informasiya siyasəti, rəqəmsal transformasiya, çoxdilli yayım imkanları və müasir texnoloji yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. tərəflər media sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, məzmun mübadiləsinin genişləndirilməsi və texnoloji innovasiyaların öyrənilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

nümayəndə heyətinin çin kommunikasiya universitetinin rəhbərliyi ilə görüşündə isə media təhsili sahəsində əməkdaşlığın perspektivləri, peşəkar kadr hazırlığı, təcrübə imkanlarının genişləndirilməsi və birgə akademik təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə edilib. eyni zamanda, gələcəkdə ortaq layihələrin və platformaların yaradılması imkanlarına diqqət yetirilib.

qeyd edək ki, nümayəndə heyətinə azərbaycan respublikasının medianın inkişafı agentliyinin icraçı direktoru əhməd ismayılov, azərbaycan respublikası audiovizual şurasının sədri ismət səttarov, azərbaycan respublikası prezidentinin administrasiyasının qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri kamran həsənov, azərbaycan dövlət informasiya agentliyinin idarə heyətinin sədri vüqar əliyev və “anewz” telekanalının icraçı direktoru rüfət həmzəyev daxildir.

Baxış sayı: 4 544

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə