bakı, 25 iyun, arhd.media
ağ ev: abş kəşfiyyatı iranın nüvə obyektlərindən uranı çıxara bildiyinə dair məlumatlara malik deyil
abş zərbə endirməzdən əvvəl iranın nüvə obyektlərindən uran çıxara bildiyini göstərən heç bir kəşfiyyat məlumatına malik deyil.
arhd.media xəbər verir ki, bu barədə ağ evin mətbuat katibi kerolayn livit bildirib.
“sizə deyə bilərəm ki, birləşmiş ştatlar zənginləşdirilmiş uranın zərbədən əvvəl köçürüldüyünə dair heç bir məlumata malik deyil. şənbə gecəsi zərbələrin uğurlu olması səbəbindən dağıntılar altında basdırılıb”, - deyə o qeyd edib.






















