bakı, 25 iyun, arhd.media
nato-nun növbəti sammiti türkiyədə keçiriləcək
nato-nun növbəti sammiti 2026-cı ildə türkiyədə keçiriləcək. 2027-ci ildə isə bu tədbirə albaniya ev sahibliyi edəcək.
arhd.media xəbər verir ki, bu barədə haaqa görüşünə yekun vuran şimali atlantika alyansı ölkələri liderlərinin yekun bəyanatında deyilir.
sənəddə qeyd olunur: “niderland krallığının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. biz 2026-cı ildə türkiyədə növbəti görüşümüzü, ardınca isə albaniyada keçiriləcək tədbiri səbirsizliklə gözləyirik”.





















