bakı, 23 iyun, arhd.media
türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil oldu
türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil olub. 2024-cü ildə qardaş ölkəyə 56,7 milyon xarici turist səfər edib.
arhd.media xəbər verir ki, bu barədə respublikanın mədəniyyət və turizm naziri mehmet nuri ersoy deyib.
“bmt-nin dünya turizm təşkilatının 2025-ci ilin may ayı üçün dərc etdiyi dünya turizm barometrinə görə, türkiyə 2024-cü ildə 56,7 milyon xarici turist qəbul edərək dünyanın ən böyük turizm məkanına çevrilib”, - deyə nazir “x” sosial media şəbəkəsində bildirib.
onun sözlərinə görə, türkiyə əvvəlki il ilə müqayisədə bir pillə irəliləyərək 5-ci yerdən 4-cü yerə yüksəlməklə bu sahədə davamlı artım nümayiş etdirib.
“bu böyük uğur tarixi irsimizin və mədəni sərvətimizin, güclü infrastrukturumuzun və dörd mövsümü əhatə edən turizm müxtəlifliyinin səmərəli təbliğinin nəticəsidir”, - deyə nazir qeyd edib.























